May ayının havası açıqlandı

Aprel ayında qeyri-sabit hava şəraitinin keçməsi xarakterikdir.

May ayının havası açıqlandı
Aprel ayında qeyri-sabit hava şəraitinin keçməsi xarakterikdir.

meqale.com xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib.

"Son illər iqlim dəyişmələri günümüzün ən aktual və həm də ən problemli sahələrindən biridir. Bu iqlim dəyişmələri özünü daha qabarıq şəkildə keçid dövrlərində, fəsillərdə göstərir. Bəli, aprel də bu zaman kəsiyinə düşdüyü üçün qeyri-sabit hava şəraitinin keçməsi xarakterikdir. Ötən illərdə və bundan sonrakı illərdə də belə hallara rast gəlinir, gələcəkdə də baş verəcək",- R.İsmayılov vurğulayıb.

O bildirib ki, aprel keçid xarakterli ay olduğundan belə hadisələr baş verir. Əsas səbəb havanın qızması, soyuq hava kütlələrinin şimaldan Azərbaycana daxil olması ilə orta troposferdə (3,5-5 km) baş verən sinoptik proseslərin nəticəsidir:

"Mayda da belə şəraitin davam etməsi ehtimalı olur, hər halda belə hallar mümkündür. İqlimdə belə halların dəqiq proqnozunun verməsi çox çətindir. Statistik məlumatlara istinad etsək, baş verməsini söyləyə bilərik.