Maykl Ceksonun qardaşı təcavüzdə ittiham olunur

Mərhum müğənni Maykl Ceksonun qardaşı, "The Jackson 5" qrupunun üzvü olan musiqiçi Cermeyn Cekson təcavüzdə günahlandırılıb.

Maykl Ceksonun qardaşı təcavüzdə ittiham olunur
Mərhum müğənni Maykl Ceksonun qardaşı, "The Jackson 5" qrupunun üzvü olan musiqiçi Cermeyn Cekson təcavüzdə günahlandırılıb.

meqale.com axşam.az-a istinadən xəbər verir ki, o, Rita Barrett adlı qadın tərəfindən məhkəməyə verilib. Rita musiqiçini evinə girib ona təcavüz etməkdə ittiham edib. Onun sözlərinə görə, hadisə 1988-ci ildə baş verib.

Cermeyn ona qarşı irəli sürülən ittihamlara münasibət bildirməyib.

Qeyd edək ki, daha əvvəl M.Cekson 1993-cü ildə pedofiliyada ittiham olunub. Mərhum müğənni o vaxt 13 yaşında olan Cordan Çandlerə təcavüz etməkdə ittiham olunurdu. Lakin Cordanın atası Mayklla milyon dollarlıq sövdələşmə etdikdən sonra işə xitam verilib. 2003-cü ildə bir neçə başqa şəxs Ceksona qarşı ittihamlar irəli sürüb ki, onlar arasında işçiləri də olub.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun