Mbappe Madriddə ev sifariş edib – “Real”a doğru...
Fransalı futbolçu Kilian Mbappe "Real"a keçməyə hazırlaşır.
İdman.biz "El Chiringuito"ya istinadən xəbər verir ki, 25 yaşlı fransalı hücumçu artıq Madriddə mənzil də sifariş edib.
Mənbənin sözlərinə görə, o, "Kral klubu"nun prezidenti Florentino Pereslə birbaşa təmasdadır. Yanvarın 1-də "Real"in Mbappeyə rəsmi təklif göndərdiyi və qərarın qəbulu üçün son tarix - yanvarın ortaları təyin edildiyi bildirilir.
Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. Bu mövsüm o, parislilərin heyətində bütün turnirlərdə 22 oyun keçirib, 21 qol vurub və 2 məhsuldar ötürmə edib.