Mbappe Messi, Ronaldu və Neymarı geridə qoydu
PSJ-nin və Fransa yığmasının hücumçusu Kilian Mbappe Avro-2024-ün seçmə mərhələsində Cəbəllütariqlə matçda (14:0) het-trik etməklə karyerasında 300-cü qolunu vurub.
Fransız bunu 24 yaşında bacarıb.
Lionel Messi, Kriştianu Ronaldu və Neymar 25 yaşından sonra bu rəqəmə çatıblar.
Kilian həm də milli komandanın heyətində 46-cı qolunu vurub və komandanın bütün zamanların qolçuları siyahısında üçüncü yerə yüksəlib. O, Antuan Qrizmanı qabaqlayıb (44).