Mbappedən tarixi rekord

Fransa millisinin və İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe tarixi rekorda imza atıb.

Mbappedən tarixi rekord
Fransa millisinin və İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe tarixi rekorda imza atıb.

meqale.com xəbər verir ki, 26 yaşlı hücumçu futbol tarixində "qol+ötürmə" sistemində 500 xal toplayan ən gənc oyunçu olub.

O, bunu La Liqanın XXIII turunda "Atletiko"ya qarşı matçda (1:1) qol vurmaqla reallaşdırıb.

Qeyd edək ki, bu yaşda Neymar 492, Lionel Messi 486, Kriştiano Ronaldo isə 302 xal toplamışdı./modern.az