Media nümayəndələri Füzulidə olublar - FOTO
2026-ci ilin sonuna qədər Füzuli rayonunda 22 min nəfərin yaşaması planlaşdırılır. Beləki, Füzuli şəhərindəki yaşayış məhəllələri ilə yanaşı, həmçinin rayonun ərazisində 10 kəndin bərpası gözlənilir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov deyib.
O bildirib ki, ümumlikdə, Cuvarlı kəndin ərazisi 115 hektar, əhalinin sayı isə 1697 nəfər olacaq.
"1-ci mərhələdə 28.5 hektar ərazidə 125 ailə üçün fərdi yaşayış evlər inşa olunacaq. Evlər 2, 3, 4 və 5 otaqlı olacaq. Həmçinin, kənddə inzibati bina, Bayraq meydanı, Klub-icma mərkəzi, İdman sağlamlıq mərkəzi və idman meydançaları, 312 şagird yerlik məktəb və 50 yerlik uşaq bağçası da tikiləcək".
E.Seyidovun sözlərinə görə, Qoçəhmədli kəndinin layihələndirilən ümumi ərazisi 94 hektardan çoxdur: