Məhəmməd bin Salman Azərbaycan dövlət başçısına məktub göndərib

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, təbrik məktubunda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edirəm.

Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və firavanlıq arzulayıram".

meqale.com