Məhəmməd Kekalov da bu ittihamla həbs edildi
"Abzas Media" saytının direktor müavini Məhəmməd Kekalov həbs edilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən M.Kekalov haqda 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. İki gün əvvəl eyni ittihamla sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı da həbs edilib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun