Məhəmməd Rza Məcidi Azərbaycanı uğurlu prezident seçkiləri münasibətilə təbrik edib
Azərbaycan hökumətini növbədənkənar Prezident seçkilərində yüksək seçici fəallığı və bu seçkilərin əla keçirilməsi münasibətilə təbrik edirəm.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Asiya Parlament Assambleyasının baş katibi Məhəmməd Rza Məcidi Bakıda mətbuat konfransı zamanı deyib.
"Mən və nümayəndə heyətim beynəlxalq müşahidəçi kimi seçkilərdə iştirak etməkdən çox məmnunuq. Nümayəndə heyətimizə Asiya Parlament Assambleyası sədrinin, eləcə də, Türkiyə parlamentinin nümayəndələri daxildir. Həqiqətən də, seçkilərdə seçicilərin fəal iştirakının şahidi olduq", - deyə o qeyd edib.