Məhkəmədən "12-ci İmam Mehdi" ilə bağlı qərar... - FOTO

Özünü 12-ci İmam Mehdi kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Məhkəmədən
Özünü 12-ci İmam Mehdi kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

meqale.com apa-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə onun cəzasının 3 ay azaldılması barədə qərar çıxarıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Aqil Babayev 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.