Mehmet Aslantuğun yeni layihəsi bəlli oldu
Tanınmış aktyor Mehmet Aslantuğ "Eudaimonia" adlı filmində baş rolu canlandıracaq.
Birsen Altuntaşın xəbərinə görə, filmin rejissoru Gizem İbak, görüntü rejissoru isə tanınmış operator Uğur İçbak-dır.
Fikrigün Film tərəfindən istehsal edilən "Eudaimonia" filmi, bir kişinin oğluyla birlikdə keçirdiyi səyahət zamanı öz həyatının dönüş nöqtələrini xatırlamasından bəhs edir.