Meksikada seçki kampaniyası zamanı dekorasiya uçdu - 5 nəfər öldü - ANBAAN VİDEO
Meksika prezidentliyinə namizəd Xorxe Maynesin seçki kampaniyası zamanı dekorasiya uçub.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə Nuevo-Leon ştatının San-Pedro-Qarza-Qarsiya şəhərində baş verib.
Güclü külək nəticəsində konstruksiya dağılıb. Nəticədə 5 nəfər həlak olub, daha 50 nəfər yaralanıb.
Hadisə yerində xilasedicilər işləyir.