Məktəbdə şagirdin çantasındakı qumbara partladı
Rusiyanın Sankt-Peterburq şəhərində orta məktəbdə 6-cı sinif şagirdlərindən birinin bel çantasında pnevmatik qumbara partlayıb.
meqale.com Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə "Mash on the Moika" teleqram kanalı məlumat yayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürənlərin gəldiyi qeyd edilir.
Kanalın məlumatına görə, tələbə qumbaranı mağazadan alıb və dostlarına göstərmək üçün məktəbə gətirib.