Məktəbin qarşısında maşın qadını vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məktəbin qarşısında maşın qadını vurub öldürdü
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində yerləşən 179 saylı tam orta məktəbin qarşısında baş verib.

1998-ci il təvəllüdlü Rəhimli Saday Nəriman oğlu idarə etdiyi "Mercedes 190" markalı avtomaşınla yolu keçən 1963-cü il təvəllüdlü Kərimova Səyyarə Misir qızını vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanıb.