Məktəbli bacı-qardaşın faciəvi şəkildə öldüyü həmin yol - təfərrüat - VİDEO

Məktəbə gedən azyaşlı bacı-qardaşı minik avtomobili vurub, hər iksi dünyasını dəyişib.

Məktəbli bacı-qardaşın faciəvi şəkildə öldüyü həmin yol - təfərrüat - VİDEO
Məktəbə gedən azyaşlı bacı-qardaşı minik avtomobili vurub, hər iksi dünyasını dəyişib.

meqale.com Xəzər TV-yə istinadən bildirir ki, hadisə Lənkəran-Lerik yolunda, Lənkəranın Şovu kəndində baş verib. Lənkəran sakini Vurğun Quluzadə idarə etdiyi  nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən məktəbə gedən şagirdləri - 8 yaşlı Gülay Əlizadə və qardaşı, 11 yaşlı Ramid Əliyevi vurub.

Ətrafdakıların köməyi ilə hər iki məktəbli ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına aparılıb. Lakin onların həyatlarını xilas etmək mümkün olmayıb.