"Məni 19 yaşımda əqli qüsurlu oğlana ƏRƏ VERDİLƏR" - VİDEO
"Luna" qəbəli müğənni Aygün Sultəliyeva yaşadığı ağır həyat hekayəsi ilə gündəmə gəlib.
meqale.com xəbər verir ki, sənətçi "Öz aramızda" verilişində qonaq olarkən keçmişi ilə bağlı sarsıdıcı etiraflar edib. O, bildirib ki, 19 yaşı olarkən ailəsinin təzyiqi ilə özündən 10 yaş böyük, əqli qüsurlu bir şəxslə ailə qurmağa məcbur edilib.
Həyatından danışan Luna Əliyeva həmin günləri xatırlayarkən göz yaşlarına hakim ola bilməyib. Müğənni qeyd edib ki, bu evlilik onun üçün böyük travma olub və gənc yaşlarında yaşadığı məcburiyyətlər taleyinə ciddi təsir göstərib. İfaçı hələ də ailəsinə inciklidir. Keçmiş ərinin ailəsinə görə ifaçının övladı da təhsil məsələsində ziyan çəkib.
Veriliş zamanı sənətçinin emosional anları studiyada kövrək anlar yaradıb. Tamaşaçılar Luna Əliyevanın səmimi etiraflarını bmaraqla qarşılayıb.
Qeyd edək ki, müğənninin bu etiraflarının yer aldığı daha ətraflı görüntüləri təqdim edirik: