Mənzurənin əməliyyatı uğursuz alındı

Müğənni Mənzurə Musayeva plastik əməliyyatının uğursuz alındığını etiraf edib.

Mənzurənin əməliyyatı uğursuz alındı
Müğənni Mənzurə Musayeva plastik əməliyyatının uğursuz alındığını etiraf edib.

meqale.com xəbər verir ki, sənətçi bu haqda "El canlı" verilişində danışıb. O bildirib ki, üzgərmə etdirib, amma bəyənməyib:

"Dəyişiklik görmədim. Düzdür, təbiiliyim yerindədir, pis günə qalmayıb. Amma buxaq hissəm yox idi, yaranıb. 6 ay tamam olandan sonra həkimin yanına gedəcəyəm, görüm nə olacaq. Deyib, 6 ay məni narahat etmə. 7 saat narkozda qalmışam. Belə nəticə olacaqdısa, heç girməzdim. Özü də pulunu ödədim"./axşam.az