Mərkəzi Bank bu bankın vəzifəli şəxsini cərimələdi
"Premium Bank"ın vəzifəli şəxsi Azərbaycan Mərkəzi Bankı tərəfindən cərimələnib.
meqale.com APA-ya istinadən bildirir ki, Mərkəzi Bank "Premium Bank" ASC-nin vəzifəli şəxsinin qaydaları pozduğunu aşkarlayıb.
Belə ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində "Banklar haqqında" Qanunun 40.1-ci maddəsinin, habelə "Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası"nın 3.3.2-ci bəndinin tələblərinin pozulmasını aşkarlayıb.