Meşə yanğınları sakinəri evsiz qoydu
İtaliyanın cənubundakı Siciliya adasında ötən gecədən başlayan meşə yanğınları ilə mübarizə davam edir.
meqale.com Trend-ə istinadən bildirir ki, yanğının bəzi yerlərdə yaşayış məntəqələrinə yaxınlaşdığı, Palermo şəhərinin Brankaççio bölgəsində xeyli insanın evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilir.
Hazırda hadisə bölgəsində yanğınla mübarizə üçün 300-ə yaxın yanğınsöndürən fəaliyyət göstərir.