Məşhəddə Səudiyyə konsulluğu açıldı

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bazar günü Səudiyyə Ərəbistanının Məşhəd şəhərindəki konsulluğunun rəsmi fəaliyyətə başladığını elan edib. Konsulluq şəhərin şimal-şərqində yerləşən otellərdən birində açılıb.

meqale.com Trend-ə istinadən bildirir ki, Xarici İşlər Nazirliyinin Xorasan-Rəzəvi əyalətindəki nümayəndəliyinin rəhbəri Məhəmməd Beheşti Monfared Səudiyyə Ərəbistanının konsulluğunun Xarici İşlər Nazirliyinin Məşhəddəki nümayəndəliyinə bu il avqustun 13-dən fəaliyyətə başlaması barədə rəsmi bildiriş göndərdiyini bildirib..

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı martın 10-da Çinin köməyi ilə 7 illik əlaqələrin kəsilməsindən sonra münasibətləri bərpa etmək barədə razılığa gəliblər.