Məşhur aktrisanın sözləri gündəm oldu: "Evlənib, boşanmışdım" - FOTO

31 yaşlı aktrisa Hazar Ergüçlü "Elle" moda jurnalının aprel buraxılışının üz qabığına çəkilib.

Məşhur aktrisanın sözləri gündəm oldu:
31 yaşlı aktrisa Hazar Ergüçlü "Elle" moda jurnalının aprel buraxılışının üz qabığına çəkilib.

meqale.com publika.az-a istinadən xəbər verir ki, jurnala həm də müsahibə verən aktrisanın etirafı gündəm olub. Belə ki, "İnci dənələri" serialında Dilbər obrazı ilə məşhurlaşan kino ulduzu bildirib ki, Kiprdən İstanbula köçməsəydi, həyat tamam başqa cür olardı:

"Kiprdə qalsaydım, çox güman ki, vəkil olmuşdum, evlənmişdim, boşanmışdım".

Qeyd edək ki, sözügedən serialdakı obrazı aktrisaya böyük populyarlıq qazandırıb. Onun gecə klubundakı rəqsi uzun müddət sosial mediada müzakirə mövzusu olmuşdu.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun