Məşhur aktyor yeni doğulan körpəsini göstərdi - FOTOlar
Bu yaxınlarda həyat yoldaşı Burcu Denizerlə körpələri Ardıç qucağına alaraq ilk dəfə ata olmaq sevincini yaşayan Kaan Urgancıoğlundan atalıq fotosu gəlib. meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kaan Urgancıoğlu və Burcu Denizer yayda Yunanıstanın paytaxtı Afinada evləniblər. Bir müddətdir valideyn olmaq həyəcanını yaşayan cütlüyün körpələri bu yaxınlarda normal doğuşla dünyaya gəlib.
İlk dəfə ata olacağı üçün həyəcanlanan Kaan Urgancıoğlu oğlu Ardıça baxarkən çəkdirdiyi şəklini paylaşıb.
42 yaşlı aktyor həmkarlarından fərqli olaraq oğlunun üzünü paylaşmayıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun