Məşhur aktyor yuxuda vəfat etdi - FOTOlar

"Emancipation" filmi ilə tanınan aktyor Sedrik Bisti Cons 46 yaşında vəfat edib.

Məşhur aktyor yuxuda vəfat etdi - FOTOlar
"Emancipation" filmi ilə tanınan aktyor Sedrik Bisti Cons 46 yaşında vəfat edib.

Ailəsi Consun ölümünün təfərrüatlarını gizli saxlamaq istəsə də, meneceri Todd Frank məşhur aktyorun yuxuda dünyasını dəyişdiyini bildirib.

meqale.com Türkiyə mətbuatına istinadən bildirir ki, ölüm xəbəri Sedrik 'Beastie' Cons-a məxsus boks idman zalının sosial media hesabında elan edilib.

Paylaşımda  "Böyük kədərlə Sedrik 'Beastie' Consun ölümünü elan edirik. Sedrik ata, sadiq ər, qayğıkeş oğul, qardaş, icma lideri və başqalarına ilham verən inanılmaz dost idi. O istəyirdi ki, hər kəs özünün ən yaxşı versiyası olsun. "O, bunu səmimi qəlbdən istəyirdi. Sedrik həyatını insanlara idman zalında və xaricdə kömək etməyə həsr etdi. Sedrik, biz həmişə sənin üçün darıxacağıq. "