Məşhur braziliyalı futbolçu “Survivor”a qatıldı - FOTO
Dünya futbolunun ən tanınmış simalarından olan Ronaldinyo Türkiyənin "Survivor" yarışmasında iştirak edib.
meqale.com oxuya istinadən xəbər verir ki, Dominikan Respublikasında keçirilən və Acun İlıcalının aparıcılığını etdiyi "Survivor-2024 All Star"a qonaq qismində gələn Ronaldinyo ayaq voleybolunda bacarığını nümayiş etdirib.
Acun İlıcalı və keçmiş futbolçu Sercan Yıldırımla eyni meydançanı paylaşan braziliyalı ulduz sosial mediada gündəm olub.
Daha əvvəl iki dəfə FIFA-nın "Dünyada ilin futbolçusu" və "Qızıl Top" mükafatını qazanan Ronaldinyo türk iştirakçılarla görüşdən məmnun olduğunu deyib.
"Burada olmaqdan çox xoşbəxtəm. Hər zaman gələ bilərəm", - deyə o qeyd edib.
Ronaldinyonun oyunda qazandığı xallar tamaşaçıları heyran qoyub.
Acun İlıcalı Ronaldinyo ilə bir neçə ildir görüşdüklərini bildirib.