Məşhur braziliyalı ulduz keşiş oldu - FOTOlar

"Liverpul"un və Braziliya millisinin sabiq hücumçusu Roberto Firmino keşiş olub. 

Məşhur braziliyalı ulduz keşiş oldu - FOTOlar
"Liverpul"un və Braziliya millisinin sabiq hücumçusu Roberto Firmino keşiş olub. 

meqale.com Fanat.Az-a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkədə hesabı vasitəsilə məlumat yayıb.

Futbolçu ithaf mərasimindən bir neçə foto əlavə edərək yazıb: "Mana kilsəsinin üç ili. Necə də yaddaqalan və unudulmaz bir gecədir. Məsihlə tanış olduğumuz vaxtdan biz istəyirik ki, insanlar bu məhəbbəti bilsinlər. İndi bizim başqa bir məsuliyyətimiz var: keşiş olmaq".