Berlində keçirilən yarışda atletimiz birinci oldu

Almaniyada təşkil olunan Dünya Kontinental Turu çərçivəsində 30-cu "Midsommar - Charlottenburger-Mittsommernacht" yarışında Azərbaycan təmsilçisi Yekaterina Sarıyeva uğurlu çıxışla yadda qalıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, Y.Sarıyeva Berlində keçirilən yarışda üç təkanla tullanma üzrə 13.33 metr nəticə göstərib.

Bu göstərici ilə atletimiz birinci yeri tutub.