Məşhur futbolçudan yeni rekord

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Mats Hummels yeni rekorda imza atıb.

Məşhur futbolçudan yeni rekord
Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Mats Hummels yeni rekorda imza atıb.

meqale.com "report"a istinadən bildirir ki, 34 yaşlı müdafiəçi buna "Union"a (Berlin) 4:2 hesabı ilə qalib gəldikləri VII turun oyununda nail olub.

Bundesliqada 207-ci qələbəsini qazanan təcrübəli oyunçu Dortmund təmsilçisinin sabiq yarımmüdafiəçisi Mixael Sorkun (206) rekordunu qırıb.

Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan Mats Hummels 2008-2016-cı illərdə "Borussiya"da çıxış edib. 2016-2019-cu illərdə Münhen təmsilçisinin formasını geyinən futbolçu 2019-cu ildə yenidən "qara-sarılar"a qayıdıb.