Məşhur müğənni plastik cərrahı MƏHKƏMƏYƏ VERDİ

2020-ci ilin yayında plastik cərrah Teymur Heydərova əməliyyat etdirən Lyubov Uspenskaya onun işindən narazıdır.

Məşhur müğənni plastik cərrahı MƏHKƏMƏYƏ VERDİ
2020-ci ilin yayında plastik cərrah Teymur Heydərova əməliyyat etdirən Lyubov Uspenskaya onun işindən narazıdır.

meqale.com axşam.az-a istinadən bildirir ki, müğənni əllərinin dərisini dartdırıb və mamoplastika əməliyyatı aparıb. Sosial şəbəkələrdə müğənni fəsadlardan şikayətlənərək keyfiyyətsiz işin nəticələrindən - sinə ağrılarından və qəribə formalı asimmetrik implantlardan danışıb.

Uspenskaya əməliyyatın nəticələrini düzəltməyə il yarım əvvəl başlayıb və yalnız indi mənəvi və fiziki zərər vurduğuna görə Heydərovu məhkəməyə vermək qərarına gəlib. Müğənni "Super"ə müsahibəsində bildirib ki, fəsadların yaranmasına baxmayaraq, Heydərov onu hər şeyin tezliklə keçəcəyinə inandırıb. Bundan əlavə, Uspenskaya kömək üçün digər cərrahlara müraciət etməyib, çünki o vaxt həyatında çətin dövr yaşayıb. Belə ki, həmin ərəfədə qızı Tatyana velosipeddən yıxılıb və ifaçı onla məşğul olmalı olub.