Məşhur qapıçı 40 yaşında futboldan getdi
Fransanın tanınmış qapıçısı Stiv Mandanda futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
meqale.com xəbər verir ki, 40 yaşlı təcrübəli qolkiper bu barədə Fransa mətbuatına danışıb.
"Karyeramı bitirmək qərarı mənim üçün asan olmadı. Uzun müddət düşündükdən sonra bu addımı atmağa qərar verdim. Çoxsaylı təkliflər alsam da, hamısını rədd etdim", - deyə Mandanda bildirib.
Son olaraq "Renn" klubunun formasını geyinən qapıçı Fransa yığmasının heyətində 35 oyun keçirib. O, 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında milli komanda ilə birgə dünya çempionu adını qazanıb.