Məşhur reper əsgərliyə getməmək üçün ÖLKƏNİ TƏRK ETDİ

Rusiyalı məşhur reper və tiktoker Danya Miloxin hərbi xidmətə çağırışdan sonra yenidən vətənini tərk edib.

Məşhur reper əsgərliyə getməmək üçün ÖLKƏNİ TƏRK ETDİ
Rusiyalı məşhur reper və tiktoker Danya Miloxin hərbi xidmətə çağırışdan sonra yenidən vətənini tərk edib.

meqale.com axşam.az-a istinadən bildirir ki, bu barədə Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina məlumat yayıb.

O bildirib ki, Danya Miloxin dünən ilk reyslə son vaxtlar yaşadığı Dubaya uçub.

Qeyd edək ki, Mizulina daha əvvəl tiktokerin orduya çağırılması barədə müraciət etmişdi.

Xatırladaq ki, Danya 2020-ci ilin oktyabrında Rusiyanın "Forbes" jurnalında ən çox qazanan tiktokerlər siyahısında 6-cı yerdə qərarlaşmışdı.