Məşhur türkiyəli aparıcı YARALANDI: Reanimasiyaya yerləşdirilib
Məşhur türkiyəli aparıcı Reha Muxtar xəstəxanaya aparılıb və intubasiya edilib.
meqale.com bildirir ki, bu barədə Oxu.Az Sondakika.com-a istinadən xəbər verir.
Məlumata görə, aparıcı ötən gecə malikanəsinin pilləkənlərindən yıxılaraq ağır xəsarət alıb və huşunu itirib.
Reha Muxtarın müalicəsi hazırda reanimasiyada davam etdirilir.