Messi qol vurdu - Argentina ilk finalçıdır!
Amerika kubokunda ilk finalçı müəyyənləşib.
meqale.com xəbər verir ki, yarımfinalda Kanada ilə qarşılaşan Argentina millisi 2:0 hesablı qələbə qazanıb.
Argentinanın qollarını Xulian Alvares (22) və Lionel Messi (51) vurub.
Qeyd edək ki, yarımfinalın digər matçında Uruqvay və Kolumbiya komandaları üz-üzə gələcək. Sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.