Messi və Ronaldu yenə üz-üzə gələcəklər - Tarix bilindi
"İnter Mayami" Futbol Klubu mövsümöncəsi matçlarını Səudiyyə Ərəbistanında keçirəcəyini açıqlayıb.
meqale.com lente istinadən bildirir ki, komanda orada iki oyun keçirəcək. Yanvarın 29-da "İnter Mayami" "Əl-Hilal", fevralın 1-də isə "Əl-Nəsr"lə qarşılaşacaq.
Maraqlıdır ki, fevralın 1-də "İnter Mayami"də çıxış edən argentinalı hücumçu Lionel Messi "Əl-Nəsr"in rənglərini qoruyan portuqaliyalı hücumçu Kriştiano Ronaldo ilə görüşə bilər.
Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir.
Ronaldo da öz növbəsində 2023-cü il yanvarın 1-dən "Əl-Nəsr"ın oyunçusudur. Portuqaliyalının klubla müqaviləsi 2025-ci ilə qədərdir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun