Messidən daha bir rekord

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi MLS-in müntəzəm çempionatında "Neşvill"ə qarşı ev oyununda dubl edib.

Messidən daha bir rekord
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi MLS-in müntəzəm çempionatında "Neşvill"ə qarşı ev oyununda dubl edib.

meqale.com-ın məlumatına görə, Messi MLS-də ardıcıl 5-ci matçında iki qol vurub.

Messi bu göstərici üzrə turnirin rekordunu müəyyən edib.

Ümumilikdə isə Messi turnirdə ardıcıl 6-cı oyundur fərqlənir.

MLS tarixində buna yalnız 2018-ci ildə "Atlanta"da çıxış edən venesuelalı hücumçusu Xosef Martinez nail olub.