Messina Denaro vəfat etdi

İtalyada Kosa Nostra mafi qrupunun liderlərindən biri Messina Denaro ölüb.

Messina Denaro vəfat etdi
İtalyada Kosa Nostra mafi qrupunun liderlərindən biri Messina Denaro ölüb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə ANSA məlumat yayıb.

O, uzun sürən xəstəlikdən sonra İtaliyadakı həbsxanada 63 yaşında vəfat edib.

Denaro 2020-ci ilin sonunda xərçəngin ağır formasından əziyyət çəkib.

Bu ilin yanvarında tutularaq həbsxanaya salındıqdan sonra o, həbsxana xəstəxanasında müalicə alıb və iki dəfə əməliyyat olunub.