Messinin 10 nömrəli forması əbədiləşdiriləcək

Lionel Messinin Argentina millisindəki 10 nömrəli forması əbədiləşdiriləcək.

Messinin 10 nömrəli forması əbədiləşdiriləcək
Lionel Messinin Argentina millisindəki 10 nömrəli forması əbədiləşdiriləcək.

meqale.com "report"a istinadən bildirir ki, bu barədə Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia açıqlama verib.

O bildirib ki, 36 yaşlı kapitan yığma karyerasını bitirdikdən sonra geyindiyi 10 nömrəli forma heç kimə verilməyəcək: "Messidən sonra bu formanı bir daha heç kim geyinməyəcək. 10 nömrə onun şərəfinə ömürlük təqaüdə çıxacaq".

Qeyd edək ki, Lionel Messi 2005-ci ildən bəri Argentina millisinin heyətində 180 oyunda 106 qol vurub. Cənubi Amerika komandası 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub.