Messinin arvadının mağazası qarət edildi - FOTO
Argentinanın Rosario şəhərində yerləşən və Lionel Messinin həyat yoldaşı Antonela Rokutsoya məxsus olan supermarket qarət edilib.
meqale.com oxuya istinadən bildirir ki, hücum supermarketdən banka 22,4 min dollar aparan avtomobilə edilib.
Belə ki, avtomobildən düşən iki nəfər qara rəngli "Chevrolet" markalı avtomobilin şüşələrindən birini sındırıb. Həmin vaxt "Chevrolet" markalı avtomobildə Antonellanın əmisi qızı və supermarketin iki işçisi olub.
Soyğunçular pulla dolu iki çantanı götürüb qaçmazdan əvvəl avtomobili atəşə tutublar.
Zərərçəkənlərin yüngül qançırlar aldığı və şok vəziyyətində olduqları bildirilir.
Artıq hadisə ilə bağlı araşdırmanın aparıldığı bildirilir. Hələlik cinayəti kimin törətdiyinə dair məlumat yoxdur.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun