Məsut Özil “Fələstinə azadlıq” dedi - FOTO
"Arsenal", "Real" və Almaniya millisinin sabiq yarımmüdafiəçisi Məsut Özil fələstinlilərə dəstək olmaq üçün İnstaqram hesabından paylaşım edib.
meqale.com publika.az-a istinadən xəbər verir ki, bununla belə, Məsut da hərbi əməliyyatları dayandırmağa çağırıb.
"Mən insanlıq üçün dua edirəm. sülh üçün dua edirəm. Müharibədə günahsız insanlar, günahsız uşaqlar ölür - hər iki tərəfdən. Sözün əsl mənasında ürəyim parçalanır, bunun baş verməsi çox kədərlidir. Xahiş edirəm müharibəni dayandırın!" - Özil yazısını "Fələstinə azadlıq" həştəqi ilə imzalayıb.
2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı İsrailə hücum edib. Bundan sonra İsrail Qəzzanı bombalamağa başlayıb.