Metroda QR ödənişlə bağlı problem həll oldu - YENİLƏNİB
"BakıKart"ın QR-la ödəniş sistemində texniki çətinlik müşahidə olunub. Problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılıb və qısa müddətdə aradan qaldırılıb.
-------
18:07
Bakı metropolitenində QR-kodla ödənişlərdə problem yaşanıb.
meqale.com xəbər verir ki, bu barədə oxuya sərnişinlər məlumat verib.
Onların sözlərinə görə, hazırda QR-kod ödənişlərində yaşanan problemə görə metronun "28 May" stansiyasının girişində sıxlıq müşahidə edilir.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.