“Meyxananın “zay”ını çıxaranlardan biri Pərviz Bülbülədir”
Meyxanaçı İntiqam Rüstəmov həmkarı Pərviz Bülbülə haqqında qalmaqallı açıqlama verib.
meqale.com xəbər verir ki, bu barədə o, "Qonaqcanlı"da danışıb.
İntiqam deyib ki, Pərvizlə münasibəti yaxşı olsa da, onun meyxanaya musiqini qoşması ilə razılaşmır:
"Pərviz Bülbüləylə aram yaxşıdır. Lakin meyxananın "zay"ını çıxaranlardan biri o, oldu. Musiqili meyxanaya başladı, meyxanaya musiqini qoşdular. Hansı toyda musiqili meyxana istəyirlərsə, deyirlər, Pərviz gətirdi bunu. Musiqili meyxana nədir? Avazla meyxana demək olar. Meyxana üçün Pərvizin avazı gözəldir. Bu, mahnı deyil ki...