Mikael Forrest: Yeni Kaledoniya Fransaya görə böhran yaşayır

Yeni Kaledoniya siyasi səviyyədə çox kritik bir dövr yaşayır, çünki Fransa ölkəni remilitarizasiya edir və bu da psixoloji və sosial aspektlərdə cəmiyyətimizə mənfi təsir göstərir.

meqale.com report-a istinadən xəbər verir ki, bunu Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest "Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu" mövzusunda dəyirmi masa müzakirələrində və mətbuat konfransında deyib.

"Bizim üçün, yəni kiçik, müstəmləkə keçmişi olan xalqlar üçün özümüz haqqında danışa bilmək, kim olduğumuzu, vəziyyətimizin necə olduğunu söyləmək həmişə vacibdir. Ümumiyyətlə, Yeni Koledoniya Fransanın müstəmləkəyə çevirdiyi ərazidir", - o bildirib.