“Milan” yeni baş məşqçisini açıqladı
İtaliyanın "Milan" futbol klubuna yeni baş məşqçi təyin edilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.
"Milan"ın baş məçqçisi Serxio Konseysao olub. Tərəflər arasında 2026-cı ilin iyun ayına kimi müqavilə imzalanıb. Portuqaliyalı mütəxəssisin son iş yeri "Porto" klubu olub.