Milli komandaya yeni baş məşqçi təyin olundu

Çinin futbol milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Milli komandaya yeni baş məşqçi təyin olundu
Çinin futbol milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Asiya təmsilçisini Branko İvanokviç çalışdıracaq.

69 yaşlı xorvatiyalı mütəxəssis serbiyalı Aleksandar Yankoviçi əvəzləyib.

Çin millisi Asiya kubokunda pley-off raunduna yüksələ bilməyib və bu üzdən mütəxəssisin müqaviləsinə xitam verilib.

Qeyd edək ki, İvankoviç 2010-cu ildə "Şandun Lunen"lə Çin çempionu adını qazanıb.