Milli Qəhrəmanın ailəsi 3 ay sonra qəza yerinə getdi - FOTO

AZAL təyyarəsinin Aktau yaxınlığında faciəli şəkildə qəzaya uğramasından üç ay sonra hava gəmisinin kapitanı İqor Kşnyakinin ailəsi faciənin baş verdiyi əraziyə gedib.

Milli Qəhrəmanın ailəsi 3 ay sonra qəza yerinə getdi - FOTO

Bu barədə 1news məlumat yayıb.

Milli Qəhrəmanın həyat yoldaşı Yana Vilkova bunun ailənin qəza yerinə ilk səfəri olduğunu deyib.

O bildirib ki, hadisədən 3 ay sonra həmin yerə getmək, bu hüznlü gündə həlak olanların xatirəsini ehtiramla yad etmək vacib idi: “Üç ay həm çox, həm də azdır. Sağaltmayan, ancaq ağrının şiddətini azaldan, o taleyüklü günün heç bir detalını yaddaşlardan silməyən zaman...”

Xatırladaq ki, AZAL təyyarəsi ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarəyə fiziki və texniki xarici təsir qəzaya səbəb olub. Hadisə baş verən vaxt hava gəmisinin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həlak olub.

Həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla onlara “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.