Millimizin Haiti və Belarusla oyunlarını bu hakimlər idarə edəcək
Azərbaycan milli komandasının martın 22-də Haiti və martın 25-də Belarus yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları müəyyənləşib.
meqale.com xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti ilə baş tutacaq görüşü Türkiyədən, "Bank Respublika Arena"da Belarusla təşkil olunacaq qarşılaşmanı isə Gürüstandan olan baş hakim idarə edəcək.
Hər iki matça 21:45-də start veriləcək.
22 mart
21:45. Azərbaycan - Haiti Baş hakim: Kadir Sağlam (Türkiyə) Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta (hər ikisi Türkiyə) Dördüncü hakim: Fərid Hacıyev (Azərbayan) Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
25 mart
21:45. Azərbaycan - Belarus Baş hakim: Aleko Aptsiauri (Gürcüstan) Baş hakimin köməkçiləri: Davit Axvlediani, Davit Qabisonia (hər ikisi Gürcüstan) Dördüncü hakim: Tural Qurbanov (Azərbayan) "Bank Respublika Arena"