Millinin yeni siması satıldı - "Qarabağ"ı, yoxsa "Neftçi"ni seçdi?
Azərbaycan yığmasının yarımmüdafiəçisi Emil Səfərov yeni mövsümə "Qəbələ"də başlamayacaq.
meqale.com sportinfo.az-a istinadla bildirir ki, Premyer Liqanı tərk etmək üzrə olan klub öz yetirməsini satmağı qərara alıb.
"Qırmızı-qaralar" 2002-ci il təvəllüdlü gəncə görə aldığı iki təklifdən birini qəbul edib. "Qarabağ"ın maraq dairəsində olan orta sahə oyunçusu növbəti sezondan etibarən "Neftçi"nin formasını geyinəcək.
Ölkə kubokunun son sahibi daha yüksək təzminat ödəməyə razılaşan "ağ-qaralar"la əl sıxışıb.