Milyarderin oğlu boşandı - FOTO
Milyarder Roman Abramoviçin böyük oğlu, 31 yaşlı Arkadi həyat yoldaşı Mariya ilə boşanıb.
meqale.com bildirir ki, məhkəmə qeydlərindən əldə edilən məlumata görə, Mariya özü boşanma təşəbbüsü ilə çıxış edib.
Nikah paytaxt məhkəməsi tərəfindən rəsmi olaraq pozulub.
Kiçik Abramoviçin şəxsi həyatı ilə bağlı demək olar ki, heç bir məlumat verilməyib. İndi eyni məhkəmə məlumatlarından məlum oldu ki, keçmiş həyat yoldaşlarının bir övladı var. Keçmiş həyat yoldaşları uşağın kiminlə yaşayacağına qərar verəcək, həmçinin birgə əldə edilmiş əmlakı bölüşdürəcəklər.
Şayiələrə görə, Arkadinin övladını dünyaya gətirən bloger Lera Juravleva ilə münasibəti olub.