Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov Bakıya köçüb.
meqale.com lente istinadən xəbər verir ki, yayı Bakıda keçirəcəyini bildirən bloger Azərbaycanda biznes quracağını da bildirib.
O, kompüter klubları şəbəkəsi yaradacağını deyib.
Evlənmək istədiyini bildirən Hüseyn "Dünən anamı gəlin namizədləri ilə tanış etdim. Hələ seçim etməmişəm, amma evlənmək istəyirəm. Milliyətinin önəmi yoxdur" deyə əlavə edib.