Milyonluq üzüyünü oteldə itirdi
Malayziyalı iş adamının Parisin mərkəzindəki "Ritz" otelindəki otağından brilyant üzüyü itib.
meqale.com lente istinadən bildirir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.
İş adamının sözlərinə görə, üzüyün dəyəri 750 min avrodur (təqribən 1,4 milyon manat). Zərərçəkmiş iddia edir ki, o, alış-verişə gedən zaman üzüyü otağındakı stolun üzərinə qoyub və qayıdarkən onu tapmayıb.
Daha sonra o, polisə müraciət edib. Hazırda polis hadisə ilə bağlı araşdırma aparır. Bütün mümkün versiyalar, o cümlədən otel işçilərindən birinin oğurlamaq ehtimalı da nəzərdən keçirilir.