Minalı əraziyə daxil olmaq istəyən 8 nəfər saxlanıldı
Minalı əraziyə daxil olmağa cəhd edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan meqale.com-a bildirilib ki, Tərtər rayonundan digər istiqamət üzrə mina və insan həyatı üçün təhlükəli maddələrdən təmizlənməyən əraziyə daxil olmağa cəhd edən 8 nəfər DİN əməkdaşları tərəfindən müəyyən edilib.
Oktyabrın 15-də günün qaranlıq saatlarında təhlükəli əraziyə daxil olan şəxslər saxlanılaraq polis orqanına gətiriliblər.